Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib

Azərbaycan Respublikasının Vətən Müharibəsi iştirakçılarının Anım Günü ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib.

Boyukmillet.com xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, həmçinin ölkə rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib.

Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Tədbirdə ETKi könüllüləri aktiv iştirak ediblər.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya yüksək səviyyədə baş tutmuş və vətəndaşlar tərəfindən məmnunluq ilə qarşılanmışdır.

Check Also

Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib

Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi …