Bazar , 19 Yanvar 2025
Drone Cameras

Elmir Vəlizadə: “Ermənilər müharibədən sonra kibertəhdidləri artırıblar”

Ermənilər II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra kibertəhdidləri artırıblar.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə bildirib.

“Ermənistanla yanaşı İran da ölkəmizə qarşı kiberhücumlar təşkil edir. Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət yetirilməsinin səbəblərindən biri Ermənistan və İranın ölkəmizə qarşı təhdidləridir. Onlar ötən illər ərzində ciddi fəsadlar yaratmağa nail olmasalar da, bu cinayətkar fəaliyyətlərindən əl çəkmirlər. Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə cəbhədə ardıcıl məğlubiyyətə düçar olan ermənilər sərhədyanı bölgədə əhali arasında həyəcan yaratmaq, təxribatlar törətmək məqsədilə rabitə vasitələri ilə dövlət qurumlarının, bankların adından yalan məlumat yayır, dövlət xidmətləri göstərən sistemlərin işlərinə müdaxilələrə cəhd edirdilər. Lakin bütün cəhdlərin qarşısı vaxtında alınırdı”, deyə o qeyd edib.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …