Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Elnur Əşrəfoğlu Bakıdakı Böyük Dəbilqədə anılıb

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi Bakıda cüdo üzrə Böyük Dəbilqənin püşkatmasından əvvəl anılıb.

Boyukmillet.com xəbər verir ki, tədbir bir dəqiqəlik sükutla başlayıb və Əşrəfoğlunun fotosu böyük ekranda göstərilib.

E. Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini olub.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …