Cümə , 22 Noyabr 2024
Drone Cameras

Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır”

İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur.

Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan və qasırğalar kimi hadisələrin hamısı su ilə bağlıdır: “Hətta bəzi hesablamalara görə, iqlim dəyişikliyinin 90 %-ə qədər fəsadları su vasitəsilə insanlar, təbiət və canlılara ötürülür”.

E. Soltanov qeyd edib ki, su ilə bağlı məsələlərdə qadınlar hələ də siyasi cəhətdən zəif mövqedə qalırlar, bu da onların qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqədardır. Buna baxmayaraq, iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlər yenə də qadınlardır, o hesab edir.

Nazir müavini iqtisadi mənada qadınların vəziyyətinə də toxunaraq bildirib ki, kişilər daha çox gəlir gətirən iqtisadi fəaliyyətlərlə məşğul olurlar, qadınlar isə məişət işlərinə məcbur qalırlar: “Bu işlər, hərçənd daha çətin olsa da, pul dəyəri yaratmayan, monetizə olunmayan fəaliyyətlərdir.

Eyni zamanda, məişət həyatında su içmək, yemək hazırlamaq, təmizlik və sanitariya kimi işlər qadınların üzərinə düşür. Təbii fəlakətlər zamanı, məsələn, tufanlar baş verəndə, qadınlar daha çox həyatını itirir. Bu, onların üzmə qabiliyyətlərinin kişilərlə müqayisədə zəif olması və ağaclara dırmaşmaq kimi bacarıqlarının azlığı ilə əlaqədardır. Bu problemlər cəmiyyətləri, xüsusilə də ən zəif qrup olan qadınları daha çox təsirləndirir”.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …