Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ərdoğan İraqın şimalındakı yerli hakimiyyətə xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib.

Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər:

“Orada yeni-yeni təşkilatlanmalar görürük. Süleymaniye, dəfələrlə xəbərdarlığımıza baxmayaraq PKK/YPG/PYD terror təşkilatlarına qol-qanad verməyə davam edir. Biz bu məsələni də gündəmə gətirdik. Kimsə bizdən fərqli mövqe gözləməsin, lazımi reaksiyanı verəcəyik. Əlimizdən gələn addımları atırıq, atacağıq. Məsələ təhlükəsizliyimizdirsə, nə lazımdırsa, onu da edəcəyik. Məqsəd bizə qarşı düşmənlikdirsə, buna qarşı da verəcək cavabımız var”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …