Bazar , 20 İyul 2025
Drone Cameras

Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.

Check Also

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard …