Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ərdoğanın Yunanıstana səfəri zamanı iki ölkə arasında 20 müqavilə imzalanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.

Boyukmillet.com bu barədə Yunanıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir.

Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.

Türkiyə Prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 min nəfərdən çox polis əməkdaşı cəlb olunacaq. Beynəlxalq hava limanında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vəziyyət helikopterlər və dronlardan istifadə etməklə havadan izlənəcək.

Bundan əvvəl, noyabrın 13-də Ankarada Türkiyə və Yunanıstan nümayəndələri arasında 2024-cü il ərzində həyata keçirilməsi planlaşdırılan etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı görüş keçirilib. Türkiyə lideri həmçinin iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …