Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

“Erkin Qədirli 4 dəfə mandatdan imtina edib…” — Natiq Cəfərli

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli partiyanın parlament seçkilərində qalibi Erkin Qədirlinin mandatdan imtina etməsi haqda sosial şəbəkələrdə irəli sürülən tələblərrə reaksiya verib.


Boyukmillet.com N. Cəfərlinin açıqlamasını təqdim edir:


Erkini 16 ildir tanıyıram, ən yaxın dostlarımdan biridir, adamı çox sevirəm, çünki dürüstdür, merkantil deyil, həyatda öz yolu və düşüncələri olan nadir insanlardır. Mən ondan çox şey öyrənmişəm, bu gün onu tənqid edən, hətta söyən adamların əksəriyyəti də ondan çox şey öyrəniblər, həmin adamlar Erkinin mühazirələri, fikirləri ilə böyüyüblər.


Erkin heç vaxt gizlətməyib ki, “elitada” onu tanıyırlar, sayırlar, hörmət edirlər, hətta görüşürlər. Ona ilk dəfə 2000-ci ildə deputat olmaq təklif olunub – adam imtina edib və deyib ki, 28 yaşı var, onu heç kəs tanımır, kim ona səs verəcək ki, o da seçilsin?! Təklif verənlər onun saflığına gülsələr də, hörmətləri də artıb.


2000-2005 arası Erkin TV-lərə çıxmağa başladı, forumlarda yazırdı, mətbuata müsahibələr verirdi – 2005-də yenə ona təklif edirlər ki, artıq tanınırsan, gəl deputat ol – Erkin imtina etdi ki, mənə səs verən olmayacaq.


2010-da Erkin REAL-dan namizəd oldu, onun İTV dəki çıxışı səs yaratdı, amma o vaxt Abel fovarit indi, o zaman da Erkinə demişdilər ki, dairəni dəyiş, şans yaradaq – dəyişmədi, dirəşdi.


2015-də Erkin seçkilərə 10 gün qalmış namizədliyini geri götürdü, çünki o zaman İlqar həbsdə idi, ona da həmin gün zəng gəlmişdi ki, sənə mane olmayacaqlar, seçiləcəksən. Adam bu sözü də həzm etmədi – namizədliyini geri götürdü.


Qısası Erkin artıq 4 dəfə (!!!) mandatdan imtina edib – amma bunun nə xeyri olub bizə, cəmiyyətə?!


9 fevral seçkiləri total qanunsuzluqla keçirlib, rəzalət yaşanıb, amma 16-cı dairədə Erkin cəmi 2100 səs yığaraq qalib olub – yəni, Erkin o səsləri halal toplayıb, o dairədə 10 dəfə də seçki olsa Erkin yenə udar. Hə, sual olur ki, nədən mane olmadılar?! Mən ona görə tarixçəni yazdım ki, ona heç vaxt mane olmaq istəməyiblər – sadəcə bu dəfə ona heç nə demədilər deyə, Erkin sonacan getdi. İstəsəydilər mane olardılarmı – təbii ki, deməli Erkini parlamentdə görmək istədilər. Amma adam öz səsi ilə seçilib.


Erkin 4-düncü dəfə mandatdan imtina etməsinin müsbət tərəfi varmı? Var, facebbok əhli, “molodes, bravo, oğulsan”, deyəcək, 2-3 gün Erkin qəhraman olacaq – vəssalam.


Parlamentə getməsinin xeyri nədir? Adam orda bizim sözümüz ola bilər, biz daha hər dəfə 40 min imza toplamadan onun vasitəsi ilə qanun layihələrini Məclisə təqdim edim ictimai dəstəklə o qanunları müzakirəyə çıxarda bilərik. Erkinin köməyi ilə parlamentdə müzakirə olunan büdcə zərfimi ala bilərik, ictimai nəzarəti artıra bilərik. Bizlərdən biri həbs olunanda Erkin millıt vəkili kimi polisə, məhkəməyə gələ bilər, bu işləri Məclis tribunasına daşıya bilər. Yəni, getməyin üstünlükləri imtinanın pafosundan daha çoxdur. Məncə, Erkinə zaman tanınmalı, o da öz işi ilə bizim üzümüzü ağartmalıdı.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …