Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Erməni istehkamçılar Aşağı Əskipara kəndində mina təmizləmə işlərinə başlayıblar

Erməni istehkamçılar Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …