Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Erməni postu məhv edildi: erməni tərəfdə ölən və yaralananlar var

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutulub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub.

Boyukmillet.com xəbər verir ki, “caliber.az” sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülki avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən postumuza atəş açılıb və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.

Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …