Cümə , 29 Mart 2024
Drone Cameras

Ermənilərin Türkiyəni addım-addım ələ keçirmək planı

Artıq Şərqi Anadolu və Türkiyənin cənub şərqində bu prosesə start verilib

Hər zaman qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər uzun illərdir Türkiyə ilə bağlı nəzərdə tutduqları iddialarının yeni mərhələsinin icrasına start veriblər. Belə ki, Ermənistanın mərkəzi hakimiyyəti tərəfindən Türkiyədə başqa millətlər adı altında yaşayan ermənilərə bir qədər aktiv hərəkətə keçmək barədə gizli tapşırıq verildiyi bildirilir. Bu barədə məlumat verən Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, cari il, may ayının 1-də İrəvanda “Qərbi Ermənilər Beynəlxalq Konqresi”nin toplantısı keçirilib və Ermənistanın sabiq baş naziri və hazırkı millət vəkili Aragast Ahonyan bununla bağlı ermənilərə gizli tapşırıq verib. ASİMDER rəhbəri qeyd edib ki, sözügedən toplantıda  Şərqi Anadolu və Türkiyənin cənub şərqində yaşayan ermənilərə daha ciddi tapşırıqlar çatdırılıb.

                                  Türkiyədəki ermənilərə verilən məxfi tapşırıq

Göksəl Gülbəyin sözlərinə görə, həmin toplantıdan sonra Türkiyənin sözügedən bölgələrində yaşayan ermənilər arasında xüsusi fəallıq nəzər çarpıb və Qars, İqdır, Muş, Van və digər bölgələrdə bu hərəkətlilik özünü açıq şəkildə göstərib: “Ötənlərdə ermənilərin Qars, Van, İqdır, Muş bələdiyyələrini ziyarət etməsi, bələdiyyə sədrləri ilə görüşlər keçirməsi bunun əyani sübutudur.  Bu kimi səfərlərdə ermənilərin əsas məqsədi beynəlxalq səviyyədə Türkiyəyə siyasi təzyiqin göstərilməsinə nail olmaqla sərhədləri açmaq və İrəvan-Van təyyarə reyslərinin həyata keçirilməsinə sözügedən bələdiyyə sədrlərindən dəstək almaqdır. Ermənilərin Muşda həyata keçirdiyi daha bir mərasim diqqətçəkicidir. Belə ki, 1907-ci ildə  müsəlmanların qatili kimi tanınan erməni terrorçularından Gevorq Çavuşun xatirəsini anmaq məqsədilə Muşda Murat çayı üzərindəki körpüdə Ermənistan bayrağı dalğalandırıb və ora qərənfillər  buraxıblar.        Qeyd edim ki, Gevorq Çavuş Daşnaksütyun Partiyasının fəal üzvlərindən olub.  Həmin mərasimin əsas təşkilatçısı sırasında Muş vilayətindəki DARON adlı erməni dərnəyi adı keçilir. Bir müddət əvvəl isə Türkiyənin Hatay bölgəsinə səfər edən ermənilər burada Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ “respublikası”nın bayrağını dalğalandırıblar.

                                                 Ermənilərin əsas hədəfi-Ağrı dağı

ASİMDER rəhbəri onu da qeyd edib ki, ermənilərin əsas hədəfləri Ağrı dağı olduğu üçün, son vaxtlar onlar Türkiyəyə Avropa ölkələrindən gələn xarici turistlər adı altında Ağrı dağına qalxır, orada müəyyən mərasimlər keçirir və  Ermənistan bayrağını dalğalandırırlar: “Erməni turist adı altında Ağrı dağının zirvəsinə qalxaraq orada Ermənistan bayrağı dalğalandıraraq “hədəfimizə çatdıq” deyə şüarlar səsləndiriblər. Hər zaman söylədik ki, bunlar turist deyillər və Avropa ölkələrinin pasportları ilə Türkiyəyə gələn millətçi, təcavüzkar ermənilərdir. Eyni proseslər demək olar ki, Türkiyənin bütün bölgələri üzrə gedir. Məlumat üçün onu da qeyd edim ki, cari il, may ayının 1-də Artvin və Hopada bir araya gələn bir qrup kürd, erməni və lazca mahnılar oxuyub guya 1 may bayramını qeyd etdilər. Əslində isə bu da ermənilərin Türkiyədə yeni fəaliyyətə başlamalarının bir ssenarisi idi”.

ASİMDER rəhbəri onu da qeyd edib ki, ermənilərin əsas hədəfləri Ağrı dağı olduğu üçün, son vaxtlar onlar Türkiyəyə Avropa ölkələrindən gələn xarici turistlər adı altında Ağrı dağına qalxır, orada müəyyən mərasimlər keçirir və  Ermənistan bayrağını dalğalandırırlar: “Erməni turist adı altında Ağrı dağının zirvəsinə qalxaraq orada Ermənistan bayrağı dalğalandıraraq “hədəfimizə çatdıq” deyə şüarlar səsləndiriblər. Hər zaman söylədik ki, bunlar turist deyillər və Avropa ölkələrinin pasportları ilə Türkiyəyə gələn millətçi, təcavüzkar ermənilərdir. Eyni proseslər demək olar ki, Türkiyənin bütün bölgələri üzrə gedir. Məlumat üçün onu da qeyd edim ki, cari il, may ayının 1-də Artvin və Hopada bir araya gələn bir qrup kürd, erməni vı lazca mahnılar oxuyub guya 1 may bayramını qeyd etdilər. Əslində isə bu da ermənilərin Türkiyədə yeni fəaliyyətə başlamalarının bir ssenarisi idi”.

                                                 İrəvan yeni terror təşkilatı hazırlığında

Göksəl Gülbəy ermənilərin Suriya və İraqda da fəallaşdıqlarını deyib. Onun sözlərinə görə, xüsusilə Suriyada ermənilərin hərəkətliliyi artıb: “Ermənistan Suriyada “ASALA” terror təşkilatını canlandırmaq istəyir.  Türkiyənin cənub sərhəddində təsirini artıran PKK terror təşkilatı ilə işbirliyi edən erməni birliyinin yeni görüntüləri yayılıb. Belə ki, Suriyanın Şimali Haseki bölgəsində qurulan və Ermənistanın birbaşa dəstəklədiyi Nubar Ozanyan  erməni birliyinin qərargahından yeni görüntülər yayımlandı. İlkin məlumata görə, 90 nəfərdən ibarət qruplaşmanın tezliklə 500 nəfərə çatdırılması nəzərdə tutulub. Ermənistanın birbaşa dəstək verdiyi qrup Suriyanın şimalında və Türkiyənin cənub sərhədlərində  getdikcə genişlənir, böyüyür. İlkin mərhələdə Haksekidə qurulan erməni qrupunun bir müddət sonra Kamışlı, Resulayn, Amudə,Tel Abyad və Aynularab bölgələrində də təşkilatlanması nəzərdə tutulub. Ermənistanın Xarici İşlər Nazirliyi əvvəlcə belə bir qrupun yaradılmasında İrəvanın əli olmadığını bildirsə də, lakin  sonradan məsələ ilə bağlı səsssiz qalmağa üstünlük verib. Çünki Ozanyan qrupunun bütün tədbirlərində kürsülərdə məhz Ermənistan bayrağı dalğalanır”. ASİMDER rəhbəri onu da deyib ki, PKK ilə Ermənistan arasında da sıx işbirliyi var. Belə ki,   Azərbaycanın işğal edimiş Dağlıq Qarabağ ərazisində Kandil və Kamışlıdan gələn PKK-çılar özlərinə sığınacaq tapır. Onlar məhz Ağrıdan Ermənistana keçirlər. Daha sonra Sevan Gölü bölgəsindən Vardenesə keçərək orada PKK-çılar üçün təşkil edilmiş təlim düşərgəsinə sığınırlar. Bir müddət əvvəl həmin təlim düşərgəsindən 400 PKK-lı müxtəlif bölgələrdə döyüşmək üçün fərqli yerlərə göndərilib.

Check Also

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

 Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …