Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistan ABŞ ilə “Tramp Marşrutu” üzrə danışıqların keçiriləcəyini elan edib

Ermənistan yaxın zamanda ABŞ tərəfi ilə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin (TRIPP, Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi) həyata keçirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Yaxın zamanda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Buraya “Tramp Marşrutu”nun həyata keçirilməsi ilə bağlı müzakirələr də daxildir”, – o qeyd edib.

Qurumun nümayəndəsinin sözlərinə görə, amerikalı tərəfdaşların İrəvana səfəri və keçirilmiş müzakirələr barədə məlumat müvafiq vaxtda təqdim ediləcək.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …