Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ermənistan Baş prokurorun müavini dinlənilirmiş

Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın işlərinin araşdırılmasında iştirak edən prokurorların istefaya getməsinə səbəb onların Baş prokuror Anna Vardapetyanın ünvanına “sərt” ifadələrlə müşayiət olunan söhbətləri olub. Prokurorların otaqlarında dinləmə cihazları yerləşdirilib.

Boyukmilllet.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qeyd edək ki, dünən Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar. İstefa verənlər Baş prokurorun müavini Gevorq Baqdasaryan və Robert Köçəryanın işi ilə məşğul olan prokuror Petros Petrosyan, həmçinin Serj Sərkisyanın işinə nəzarət edən prokuror Arsen Martirosyandır.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …