Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.

“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, – Buisson qeyd edib.

İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …