Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ermənistan hərbi-sənaye kompleksi müəssisələri ilə 300 milyon dollarlıq müqavilələr bağlayıb

Ermənistan Müdafiə Nazirliyi (MN) hərbi-sənaye kompleksi müəssisələri ilə 122 milyard dram (təxminən 312,8 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlayıb.

Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 25 müəssisəyə sifariş verilib.

O bildirib ki, bir neçə növ silah və idarəetmə sistemləri sınaqdan keçirilib: “Onlar yaxın gələcəkdə silah arsenalına daxil olacaq”.

M.Ayrapetyan qeyd edib ki, hərbi-sənaye kompleksi müəssisələri ilə ümumilikdə 46 müqavilə imzalanıb: “İlin sonuna kimi sifarişlərin ümumi məbləğinin 489,7 milyon dollara çatacağı gözlənilir”.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …