Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ermənistan İrana ABŞ-nin regiondakı mövqeyi ilə bağlı təminat verib

“Yerevan ABŞ-nin və ya digər üçüncü tərəflərin regionda mövcudluğu məsələsində İranın narahatlıqlarını nəzərə alır. Bu məsələ iki ölkə arasında aparılan danışıqlarda əsas mövzulardan biri olub”.

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan İrana səfəri zamanı bildirib. 

O, əlavə edib ki, “Tramp yolu” ilə bağlı ABŞ-Ermənistan birgə şirkəti yaradılır.

 “Mən bura gəlmişəm ki, “Tramp marşrutu” layihəsində Ermənistanın İranın fikirlərini nəzərə aldığını bildirim. Ermənistanda ABŞ və Yerevan arasında paylanacaq səhmləri olan bir şirkətin qeydiyyatı planlaşdırılır. Amma bu, ABŞ-nin regionda təhlükəsizlik sahəsində iştirakı demək deyil. Biz başa düşürük ki, bu məsələ, İranın əsas narahatlıqlarından biri idi. Hesab edirəm ki, bu narahatlıq aradan qaldırılıb”, –  Ermənistan XİN-nin nümayəndəsi bildirib.

Nazir müavini şirkətin konkret hansı işlərdən məsul olacağını açıqlamayıb. 

“Amma bu, regionda Amerika təhlükəsizlik qüvvələrinin mövcudluğu demək deyil. Biz başa düşürük ki, bu, İran tərəfinin əsas narahatlıqlarından biridir və mənim fikrimcə, bu məsələ artıq həll olunub”, – Kostanyan vurğulayıb. 

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan rəsmilərinin iştirakı ilə görüş keçirilib və daha sonra da üçtərəfli bəyannamə imzalanıb. 

Görüş zamanı həmçinin “Tramp marşrutu” adlı nəqliyyat layihəsi müzakirə olunub və qeyd edilib ki, layihə regionda tranzit imkanlarını artırmaq məqsədi daşıyır.

Rusiya və İran “Tramp marşrutu” layihəsi ilə əlaqədar narahatlıqlarını ifadə edib.

İran ABŞ-nin Ermənistanla sərhədyanı bölgədə mövcudluğunu region üçün təhdid olaraq qiymətləndirib.

Rusiya da xarici müdaxilənin sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Bu arada Rusiya ‘Tramp marşrutu’nda Ermənistanı dəstəklədiyini bəyan edib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk  bildirib ki, əgər bu, Yerevanın xeyrinədirsə, “Tramp marşrutu” məsələsində Rusiya Ermənistanı dəstəkləyir. 

“Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz onu dəstəkləyirik”, – Overçuk deyib.

O, buna baxmayaraq, tərəflərlə aydınlaşdırılmalı olan bəzi nüanslarln olduğunu da əlavə edib. 

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …