Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Cumhurbaşqanlığı Külliyəsində Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının ardından yaydığı bəyanatda, “Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılır”, – deyə bildirilib.

Bəyanatda qeyd edilib ki, illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan və beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pislənir: “Ermənistan təcavüzkar mövqeyinə son qoymalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq”.  

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …