Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistan KTMT-nin yekun sənədlərini hələ imzalamayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun sənədlərini hələ imzalamayıb.

Boyukmillet.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir.

Bildirilib ki, 2023-cü ilin noyabrında KTMT-nin Belarusun paytaxtı Minskdə keçirilən sammitə Ermənistan nümayəndəsi qatılmadığı üçün imzalamayıb.

Ötən ilin dekabrında sammitdə qəbul edilən normativ aktları İrəvana səfəri zamanı təşkilatın baş katibi İmanqali Tasmaqambetov Ermənistan tərəfinə təqdim edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …