Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü bildirib

Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Nerkin-And istiqamətində baş verib.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …