Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır

Ermənistan silahlı qüvvələrinin sıralarında yeni kadr dəyişikliklərinin əsas məqsədi “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan kadrlardan xilas olmaqdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, Ermənistan hakimiyyəti kadr dəyişikliyinin uzun müddət əvvəl planlaşdırıb: “Amma İrəvan fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlikdən istifadə edərək ictimaiyyətin diqqətini kadr dəyişikliklərinin əsas mahiyyətindən yayındırıb”.

“Lakin reallıqda Müdafiə Nazirliyindəki mənbələrimizin daha əvvəl bildirdiyi kimi, kütləvi kadr dəyişikliklərinin məqsədi tamam başqadır. Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan köhnə kadrlardan qurtularaq, hərbi elita formalaşdırmaq qərarına gəliblər” – məqalədə vurğulanıb.

Qeyd edilib ki, bu ölkənin hakimiyyəti ordunu Rusiyayönümlü kadrlardan, xüsusən də yüksək vəzifələrdə çalışan kadrlardan “təmizləmək” yolu ilə yeni hərbi elita formalaşdırmağa çalışır: “Söhbət “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan yüksək rütbəli hərbçilərdən gedir. Bunun müqabilində onlar NATO kadrlarının sayını artırmaq niyyətindədirlər”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …