Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ermənistan ordusunda HƏBSLƏR : 12500 hərbçiyə cinayət işi açıldı, 2-si yüksək vəzifəli olmaqla 180 nəfər həbs olundu…

Ermənistanda Qarabağ müharibəsi ilə əlaqədar 1500 cinayət işi açılıb.

Boyukmillet.com xəbər verirki, bu haqda erməni mediası məlumat yayıb. 

Məlumata görə, Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində aparılan cinayət işlərində 12500-dən çox şəxsin adı keçir.

“Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox şəxs məsuliyyətə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, deyə erməni mediası yazır.

Erməni mətbuatı ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin məhv edildiyini, 9 000-dən çoxunun yaralandığını vurğulayıb.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …