Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ermənistan parlamentində əlbəyaxa dava olub

Ermənistan parlamentində müxalifət fraksiyasını təmsil edən deputatlarla qanunverici orqanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa dava olub.

Boyukmillet.com  Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb parlament sədrinin təhlükəsizlik xidmətinə deputat Anna Mkrtçyanı iclas zalından çıxarmaq barədə tapşırığı olub.

Müxalif deputatlar A.Mkrtçyanı əhatəyə alıb və onun zaldan çıxarılmasına imkan verməyiblər. Mübahisəyə iqtidar deputatları da qoşulub, toqquşma yaşanıb. Müxalif parlamentarilər “Nikol, sən satqınsan” qışqırıblar.

İnsidentlə bağlı 20 dəqiqəlik fasilə elan olunub.

Check Also

Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, …