Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistan parlamentindən Avropa İttifaqına daha bir addım

Ermənistan parlamenti ölkənin Avropa İttifaqının böhranla mübarizə əməliyyatlarında iştirakı haqqında sazişi ratifikasiya edib.

Boyukmillet.com bildirir ki, 55 deputat ratifikasiyanın lehinə səs verib, 24-ü isə bitərəf qalıb.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan qeyd edib ki, sazişə əsasən, Ermənistan “təhlükəsizliyin istehlakçısı” olmaqla yanaşı, həm də avropalı tərəfdaşlarının həyata keçirdiyi fəaliyyətlərin iştirakçısı olacaq.

Onun sözlərinə görə, sənəd çərçivəsində 20 missiya fəaliyyət göstərir ki, onların mandatları ya BMT Təhlükəsizlik Şurası, ya da dəvət edən tərəf tərəfindən müəyyən edilir.

Kostanyan əlavə edib ki, iştirak üçün maliyyə hələ büdcədən ayrılmayıb. Lazım gələrsə, hökumətin ehtiyat fondundan istifadə olunacaq.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …