Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ermənistan prezidenti: Qonşu ölkələrlə mehriban münasibətlər qurmaqda qətiyyətliyik

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşündə ölkəsinin qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb.

O qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir.

Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki tərəf qaynar münaqişələrin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Üstəlik, Ermənistan və ABŞ arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …