Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması ilə bağlı danışıqlar aparılır

“Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır”.

Boyukmillet.com  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Ermənistan” hava şirkətinin direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 6 il Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub: “Sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik və rədd cavabı aldıq. Hazırda biz Türkiyə səması ilə uçuşlar həyata keçirmirik. Ancaq bu istiqamətdə danışıqlar aparırıq və irəliləyişlər var”.

Xaçatryan məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

Məlumata görə, 2020-ci il sentyabrın 9-dan Türkiyə Ermənistanda qeydiyyatdan keçən təyyarələr üçün öz hava məkanını bağlayıb.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …