Cümə , 27 Mart 2026
Drone Cameras

Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır

Ermənistanın 2 500 nəfərə yaxın müxalifət fəalı polis bölmələrində saxlanılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan feysbuk səhifəsində yazıb.

“İndiyədək müqavimət hərəkatının 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb. Lakin bilirik ki, onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır”, – o deyib.

Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib. İndi məhkəmələr həbslə bağlı vəsatətlərə baxır: “Demokratiya qalası”nda (hərəkatdan əvvəl saxlanılanlar da daxil olmaqla) 5-ə yaxın siyasi məhbusun olması faktdır”.

O, iddia edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur.

“Eyni zamanda, bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib”, – Saqatelyan əlavə edib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …