Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ermənistanda axtarışda olan iş adamı Moskvada öldürülüb – FOTO

Ermənistanda axtarışda olan şəxs Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində güllələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə Komsomolski prospekti, 5/2 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfəri kürəyindən güllələyib. İlkin məlumata görə, ölən şəxs Ermənistanda axtarışda olub.

Rusiya mətbuatına yer alan məlumata görə, öldürülən şəxsin kimliyi müəyyən edilib – bu, konsaltinq firmasının 62 yaşlı sahibi Ohanes Kamaryandır. Qatil əvvəlcə Kamaryanı kürəyindən vurub, sonra isə başından nəzarət atəşi açıb. İş adamı yerindəcə keçinib, onu qətlə yetirən şəxs isə hadisə yerini tərk edib. Hazırda polis qatili axtarır.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …