Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …