Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Ermənistanda ciddi dəyişiklik: Məğlub ordu qadınlaşır

Ermənistan hakimiyyəti ölkənin silahlı qüvvələrinə daha çox qadın cəlb etməyi planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusunu təcavüz üçün deyil, suverenliyin qorunması naminə inkişaf etdirəcək:

“Ermənistan döyüşmək və əraziləri ələ keçirmək niyyətində deyil. Tədricən peşəkar orduya keçiriləcək və çağırış xidmətinin strukturu əhəmiyyətli dərəcədə dəyişəcək”.

Qeyd edək ki, Ermənistanda ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə 25 avqust tarixində üç aylıq hərbi təlim düşərgəsi başlayacaq.   

Check Also

Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib

Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 …