Bazar , 23 Fevral 2025
Drone Cameras

Ermənistanda hərbçilərin avtomobilləri toqquşub: 5 nəfər yaralanıb

Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yol qəzasına düşüb, 5 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Yerevan-Mehri avtomobil yolunun 146-cı km-də baş verib. 38 yaşlı Ovanes Sarqsyanın idarə etdiyi “Mercedes” Armavir sakini, 45 yaşlı Avaq Barseqyanın idarə etdiyi “Opel Astra” ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü Sarqsyan, onun sərnişinləri – 55 yaşlı Yerevan sakini Nune Avetisyan, Qafan sakini, 23 yaşlı Siranuş Gümşudyan, “Opel Astra”nın sürücüsü Barseqyan və onun 17 yaşlı sərnişini Narek Barseqyan bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, Ovanes Sarqsyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin xidmət rəisidir, Avaq Barseqyan isə hərbi hissələrdən birində müqavilə əsasında xidmət edir.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …