Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanda koronavirus şoku – virusa yoluxanlar xəstəxana üçün növbə gözləyir

Ermənistanda 149 koronaviruslu vətəndaş xəstəxanaya yerləşdirilməsi üçün növbə gözləyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Gevorq Simonyan feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə Səhiyyə Nazirliyi “COVİD mərkəzləri”nin və yataq fondunun sayını artırmaq üçün əlindən gələni edir.

Son sutka ərzində Ermənistanda 424 nəfər yeni yoluxma qeyd alınsa da, 29 mart tarixində ümumilikdə ölkə üzrə 190 741 yoluxmanın olduğu açıqlanıb. Hazırda 14 287 nəfər müalicə olunur. Ölənlərin ümumi sayı isə 3476-dır. Təkcə son sutka 12 nəfər ölüb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …