Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras

Ermənistanda korrupsiya əməliyyatı: Eks-prezidentin qardaşı axtarışa verildi

Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr (Saşik) Sarqsyanın həbsi barədə qərar qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı Antikorrupsiya Məhkəməsinin mətbuat katibi Armine Novruzyan erməni mediasına təsdiqləyib. Məhkəmənin qərarı fevralın 24-də istintaq orqanının təqdim etdiyi vəsatət əsasında hakim Sarqis Petrosyan tərəfindən qəbul olunub. Aleksandr Sarqsyan xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və talamaqda ittiham olunur. İstintaqın məlumatına görə, o, 2001-2018-ci illər ərzində qardaşının nüfuzundan istifadə edərək Müdafiə Nazirliyinin vəzifəli şəxslərini dövlət büdcəsindən böyük məbləğləri mənimsəməyə sövq edib.

Hazırda Aleksandr Sarqsyan ölkə hüdudlarından kənarda olduğu üçün onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Məhkəmə bildirib ki, müttəhim aşkar edilərək Ermənistanın yurisdiksiyasına gətirildiyi təqdirdə, həbs qəti imkan tədbiri məsələsinə yenidən baxılacaq.

Qeyd edək ki, “Saşik” ləqəbi ilə tanınan Aleksandr Sarqsyan və onun ailə üzvləri 2018-ci il “Məxməri inqilab”dan sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Daha əvvəl o, dövlət büdcəsinə təxminən 18,5 milyon dollar vəsaiti könüllü şəkildə geri qaytarsa da, prokurorluq hazırda onun ailəsinə məxsus daha 14 daşınmaz əmlak obyektinin və 5 milyard dramdan çox vəsaitin qanunsuz yollarla əldə edildiyi iddiası ilə məhkəməyə müraciət edib.

Check Also

ABŞ və İsrail İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb

ABŞ və İsrail aviasiyası fevralın 28-dən həyata keçirdikləri birgə əməliyyat nəticəsində İranın 18 əsas aviabazasından …