Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ermənistanda Kremlin iştirakı ilə sülh müqaviləsi hazırlanır – İddia

Bu günlərdə Ermənistan hökumətinin aparatında və xüsusən Ermənistanın Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində fəal iş aparılır.

Boyukmillet.com  xəbər verir ki, bunu “Past” qəzeti yazıb.

Ermənistan KİV-i qeyd edir:

“Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirir ki, Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq hüquq mütəxəssisi, hökumət aparatı ilə birlikdə son günlər dərin araşdırmalar aparır və belə bir sənəd üçün presedentlər tapmağa, həmçinin imzalanmadan əvvəl mümkün danışıqlar prosesinə hazırlaşmağa çalışırlar.

Xüsusilə, danışıqlar zamanı Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı kompromislərin və güzəştlərin həyata keçiriləcəyi ilə bağlı inteqral paketin hazırlanması tapşırılıb.

Əldə etdiyimiz məlumata görə, qarşı tərəf də iş aparır.

Mənbəmizin sözlərinə görə, bu proses Kremlin iştirakı ilə həyata keçirilir və sənədlə bağlı əvvəlcədən razılaşdırılaraq ilk müzakirələr oktyabr ayında başlaya bilər”.   /Yenisabah.az/ 

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …