Cümə , 27 Mart 2026
Drone Cameras

Ermənistanda parlamentdə deputatlara hücum ediblər

Ermənistan parlamentində müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Artur Sarqsyanın çıxışından sonra dava olub.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Kristine Vardanyan canlı efirdə deyib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Vaqe Qalumyan A.Sarqsyanın çıxışından sonra ona hücum etməyə cəhd göstərib.

A.Sarqsyan parlamentin iclas zalını tərk etdikdən sonra hakim partiyadan olan deputatların köməkçiləri zala daxil olaraq deputatlara hücum ediblər. Zala daxil olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onları ayırmağa çalışıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …