Bazar , 22 Noyabr 2026
Drone Cameras

Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın internetdə yayılan saxta səs yazısı ilə bağlı cinayət işi açıb.

Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səs yazısında Paşinyan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin rəhbərlərinə tapşırıqlar verir.

Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi ilə (bir qrup şəxs tərəfindən törədilən kompüter saxtakarlığı) cinayət iş açılıb.

İstintaq aparılır, cinayətkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün tədbirlər görülür.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …