Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanda pasportlara daha Ağrı dağının təsviri olan möhür vurulmur

Noyabrın 1-dən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrı dağı silsiləsinin təsviri olmayan çıxış və giriş möhürləri vurmağa başlayıb.

Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Ermənistan mətbuatında video və fotolar dərc olunub.

Möhürlərin üzərində təyyarə təsviri və ingilis dilində “Zvartnots” yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də həm erməni, həm də ingilis dilində “Armenia” yazılıb.

Xatırladaq ki, müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. Ağrı dağı dağı Türkiyənin şərqində, Van gölünün şimalında yerləşir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …