Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələyib

Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələyib.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Araqatsotn vilayətində, Aştarakar rayonunda yerli vaxtla saat 21:50 radələrində qeydə alınıb. Qumbara ilə silahlanmış şəxs “Siran” supermarketinə daxil olaraq, oranı partlatmaqla hədələyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, ərazi əhatəyə alınıb, polis şöbəsinin rəhbərliyi həmin şəxslə danışıqlara başlayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …