Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistanda yanğın baş vermiş hərbi hissənin komandiri saxlanılıb

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, noyabrın 18-də həmin kənddə yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …