Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq

2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və “Yol Departamenti” fondu olub.

Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 – 199+000 km hissəsində çəki stansiyasının tikintisindən gedir. Tikinti işlərinə memarlıq-tikinti layihəsi təsdiqləndikdən sonra başlanılacaq.

Beynəlxalq standartlara uyğun mebel və texniki vasitələrlə təchiz ediləcək yeni stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …