Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ermənistandan Azərbaycana ixracı mümkün olan mallar açıqlanıb

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, nazir bunu “Factor.am”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.

“Eyni zamanda, müəyyən malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret malların siyahısını təqdim edib, biz ixrac edə biləcəyimiz miqdar haqqında məlumat göndərmişik. Bizim siyahımıza qızılgüllər, istixana məhsulları: pomidor, bibər daxildir. Biz təxmini qiymət təklif etmişik”, – Papoyan deyib.

Bununla belə, o, tədarükün başlama vaxtını açıqlamayıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan edib.

Check Also

Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat aşkarlanıb

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olan yük maşınının yanacaq çənində onlarla avtomat …