Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Ermənistanın dalana sıxılmış siyasəti

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb.

Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı.

Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı. Bütün bu tarixi araşdırmalar onu göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarında iddiaları, yersiz bəyanatları dünya ölkələrinin nəzərini çəkməkdən ibarət olmuşdur. Onlar heç vaxt düşünməyiblər ki, nə zamansa Azərbaycan ordusu arsiz erməni xislətini yerlə yeksan edəcək və Qarabağ torpaqları əsil sahibinə geri qaytarılacaqdır.


Bu günlərdə ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də bir sıra müəssisələrin açılışı zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də, Ermənistanın Azərbaycan torpaqlarında olan iddiaları, Qarabağda yaşayan ermənilərin statusu, müstəqilliyi, hansısa xüsusi imtiyazları haqqında gedən söz söhbətlərə tutarlı cavablar vermiş oldu.

Ölkə Başçısı qeyd etdiyi kimi Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan tolerant bir ölkədir.Burada çoxsaylı millətlər dostluq, qardaşlıq ənənəsinə sadiq qalıb birgə yaşayaraq Azərbaycan qanunlarına riyayət edirlər. Ermənistan tərəfi heç bir zaman gözləməsin ki, onlara hər hansı bir xüsusi yanaşma olacaq.
Bu gün heç kəsdə şübhə doğurmur ki, Ermənistan regionda sülhün bərqərar olunmasına bütün var gücü ilə mane olmağa çalışır.

Əyər belə olmasaydı 10 noyabr bəyəannamsəsində irəli gələn tələblərə vaxtında və düzgün əməl edərdilər.Buda azmış kimi Azərbaycan ərazilərində ard-arda təxribatlara əl ataraq öz çirkin niyyətlərini həyata keçirməklə məşğul olurlar.Bütün bu hadisələri göz önünə gətirsək görərik ki, təəssüflər olsun ki, bəzi dünya ölkələri, həmçinin beynəlxalq aləmdə də Ermənistanın bu təxribatlarına hələdə adekvat cavab verilmir.


Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən illər ərzində güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Check Also

Əfsanəvi “Eloğlu Yusif”…

“Eloğlu Yusif”—Kazımov Yusif Əli oğlu…(1924-1988) O, 1924-ci ildə Salyan rayonunda “naxırçı Əli”-nin ailəsində dünyaya göz …