Şənbə , 20 Aprel 2024
Drone Cameras

Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçilib

Türkiyədə media sahəsində ən məşhur mükafatlardan olan “İlin media fotosu” müsabiqəsinin qalibi məlum olub.

Boyukmillet.com “Sabah”a istinadən xəbər verir ki, Ermənistanın Gəncəni bombalaması zamanı yaxın qohumunun ölümü xəbərini alan qadının fotosu “İlin media fotosu” mükafatına layiq görülüb.

Fotonu Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Uğur Yıldırım çəkib. Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …