Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Paşinyanın əmlakını yoxlayacaq

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bunu “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, məmurların gizli biznesi, daşınar və daşınmaz əmlakı ilə bağlı araşdırma aparılacaq.

Nəşrin məlumatına görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən Baş nazir Nikol Paşinyan, Baş nazirin müavinləri, prezident, parlament sədri, deputatlar və başqalarının da adı var.

Check Also

Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq

Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib. “Report”un yerli bürosunun …