Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından istifadə edə biləcək

“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil.

Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.

Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.

Qeyd edək ki, həm Azərbaycanın, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …