Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Ermənistanın quldur ordusu yaxşı bacardığı “su terroru”nu Şuşada son anda başqa formada törətdi

Samir Adıgözəlli: “Şuşanın su xəttini məhv etməklə öz vəhşi xislətlərini bir daha ortaya qoyublar”

Düşmən ərazilərimizi tərk edərkən burada saysız cinayət törədib, meşələrimizi qırıb yandırmaqla, evlərimizə, yaşayış yerlərimizə od vurmaqla kifayətlənməyərək su xətlərini də sıradan çıxarıb, bizə qarşı “su terroru” həyata keçirib. 

Prezident İlham Əliyev xalqa müraciətində bildirib: “Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik – ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilib və əminəm ki, biz bu işləri vaxtında görəcəyik”.

  • “Düşmən yəqin elə güman edib ki…”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin bildirdiyinə görə, Azərbaycan xalqı elə bir düşmənlə üz-üzə qalıb ki, ondan hər cür naqisliklər gözlənir və onlar o şərəfsizlikləri edirlər: “Bu düşməndən nə desən gözləmək olardı və şahidi olduqlarımız da bunu bir daha sübut edir. Ermənilər torpaqlarımızı tərk edərkən burada elə cinayətlər törədiblər ki, saymaqla bitməz. Ona görə də Ali Baş Komandanımız, cənab Prezident işğaldan azad edilən ərazilərimizə səfərlərində bilirib ki, dünya görsün, biz necə düşmənlə döyüşmüşük. Yəni biz insanlıqdan nəsibini almamış, bütün insani hisslərdən uzaq, vəhşi, vandal bir qəbilə ilə müharibə aparmışıq. Ermənilərin bütün ağıla gələn və gəlməyən hər bir iyrəncliyə əl atacağını biz əvvəlcədən bilirdik. Erməni vandallarının müqəddəs nemət olan suya qarşı da belə iyrənc hərəkət etdiklərini dünya görməlidir. Görün, ermənilər necə bir vəhşi, qansız, insanlıqdan uzaq qəbilə, toplumdur ki, su axarlarını, su mənbələrini dağıdıblar, meşələri yandırıblar. Ermənilərin Azərbaycana qarşı törətdikləri “su terroru” hər şeydən əvvəl erməniliyin, haylığın mahiyyətini ortaya qoyur. Onlar zaman-zaman bunu ediblər, Sərsəng su anbarına qarşı cinayətləri də məlumdur. Həm son 100 ildə Azərbaycan xalqına qarşı ermənilərin həyata keçirdikləri genosid və deportasiya aktları, eləcə də terrorlar onu göstərir ki, haylarda bizə qarşı patoloji düşmənçilik var. Ermənistan bizim təbiətə qarşı böyük vandalizm aktları törədib, Şuşanın su xəttini məhv etməklə öz vəhşi xislətlərini bir daha ortaya qoyublar. Düşmən çıxdığı anda Şuşanın su xəttinə qarşı terror həyata keçirdi, onu dağıtdı. Düşmən yəqin elə güman edib ki, Şuşanın su xəttini sıradan çıxardığı üçün bizim əsgərlərimiz orada su tapmayıb şəhəri tərk edəcəklər, amma onlar yanılıblar. Azərbaycan xalqının iradəsini heç bir terrorla qırmaq mümkün deyil. Azərbaycan dövləti o su xətlərini bərpa edəcək və Şuşada su problemi olmayacaq. Cənab Prezident də vurğuladı ki, biz işğaldan azad edilən torpaqlarımızda həyatı bərpa edəcəyik. Artıq proses başlayıb. Beynəlxalq təşkilatlar isə Ermənistanın Azərbaycana qarşı “su terroru”na hələ də göz yumur və hər hansı bir reaksiya vermirlər” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …