Cümə , 29 Mart 2024
Drone Cameras

Paşinyan itkin düşən erməni hərbçilərinin valideynləri ilə görüşmədi

Ermənistanın paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri və yaxınları baş nazir Nikol Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar.

Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, yolun ortasında dayanan şəxslər baş nazirin gəlişini gözləyiblər.

Lakin hökumət başçısı onlarla görüşməkdən imtina edib. Daha sonra etiraz edənlərin on nəfəri ilə görüşməyi qəbul etsə də, bu baş tutmayıb.

Valideynlər hökumətdən əsgərlərin yerlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələnin həllini tələb edirlər.

Qeyd edək ki, artıq iki həftədir itkin düşən erməni hərbçilərinin valideynləri Ermənistan hökumətinin, Müdafiə Nazirliyi və Rusiya səfirliyinin binaları qarşısında etiraz aksiyaları keçirirlər.

Check Also

“Bakı Kiyevə silah verir”yalanında Qərb izi

Müdafiə Sənayesi Nazirliyi erməni iftiralarını təkzib etdi, rəsmi Moskva isə “əsas odur ki, İrəvanın Ukraynaya …