Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb və bu, Rusiyanın seçimi olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci kanal”a müsahibəsində söyləyib.

“Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Üstəlik Ukraynadakı müharibəni tez-tez vurğulayırlar, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, 1 ildən çox müddətə çatdırılmayıb və müharibə başlayandan sonra da çatdırılmayıb. Bu, Rusiya Federasiyasının qərarı idi, sonra biz faktlarla üzləşdik və [hərbi-texniki əməkdaşlığı] şaxələndirmək məcburiyyətində qaldıq”, – o söyləyib.

Onun sözlərinə görə, təhlükəsizlik sektorunda əsas rolu Fransa oynayır:

“Fransa bizi birinci sinif silahlarla təmin edir. Bu məsələ, başa düşdüyünüz kimi, sükutu sevir və biz aldığımız hər şeyi bəyan edə bilmirik; hərbi-texniki əməkdaşlıq bu istiqamətdə sakit və balanslı işi nəzərdə tutur”.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …