Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ermənistanlı nazir: “Regional kommunikasiyaların mümkün qədər tez açılmasını istəyirik”

“Ermənistan kommunikasiyaların açılmasına hazırdır. Biz bunun mümkün qədər tez olmasını istəyirik”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə bir sıra razılıq əldə olunub. Razılığa əsasən, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 və 86,6 min kvadratkilometr olmaqla bir-birinin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda tərəflərin suverenliyi qorunmaqla regional kommunikasiyaların açılması nəzərdə tutulur”.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …