Cümə , 29 Mart 2024
Drone Cameras

Etibar Pirverdiyevin adından istifadə edən Faiq Ağayev tərəfindən işadamına qarşı DƏLƏDUZLUQ

Boyukmillet.com saytına Bakı şəhər sakini Cəfər Həsənəliyev tərəfindən müraciət daxil olub. O, müraciətində bildirir ki, Sumqayıt Texnologiyalar Parkında məsul vəzifədə çalışan Faiq Ağayev və Rübabə Ağayeva tərəfindən onun həyat yoldaşı Lalə İbrahimovaya qarşı dələduzluq edilib. Qızıl ticarəti ilə məşğul olan Lalə İbrahimovadan Rübabə Ağayeva 17. 602 manat dəyərində qızıl-zinət əşyaları götürərək bu ilin oktyabr ayının 10-da pulunu verəcəyi barədə aktı imzalayır. Pulun ödəniş vaxtı çatanda isə  Rübabə Ağayeva ödəniş etməkdən imtina etmiş və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edir. Cəfər Həsənəliyevin bildirdiyinə görə hal-hazırda həyat yoldaşı Lalə İbrahimova iki gündür baş idarədə saxlanılır və onunla görüşə icazə verilmir. C. Həsənəliyev bildirir ki, onlara qarşı dələduzluq edən R. Ağayevanın həyat yoldaşı Faiq Ağayev “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin qohumu olduğunu iddia edərək, kimə şikayət etsələr də heç bir faydasının olmayacağını deyir. Saytımıza təqdim olunan foto və lazımı sənədləri təqdim edirik:

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir