Çərşənbə axşamı , 15 Oktyabr 2024
Drone Cameras

EYNULLA FƏTULLAYEVDƏN AZƏRBAYCAN PREZİDENTİNƏ ŞİKAYƏT OLUNDU

 

Image result for mirkazim seyidov

Mirkazım SEYİDOV: “Xaricdə Azərbaycanın imicini qoruyan, təəssübünü çəkən, beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən yaxşı insanlar əleyhinə belə bir şəxsin başlatdığı qara piar, dövlətə xəyanət, qatı cinayətdir”

Tanınmış ictimai-siyasi xadim, Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Federasiyanın Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Mirkazım Seyidov, haqqın.az saytının rəhbəri Eynulla Fətullayevdən, Azərbaycan Prezidenti İlham Əliyevə şikayət xarakterli müraciət ünvanlayıb. Müraciətinin surətlərini Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, respublika prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri Əli Həsənova,

edinstvo loqo

 

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə də göndərən şikayətçi, öncə qeyd edib ki, bu iki qonşu dövlətin ictimai-siyasi həyatlarına yaxından bələd olan bir şəxs kimi, soydaşlarımızın həmin ölkədəki diaspor təşkilatlarının dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomativi olması üçün, əlindən gələni heç vaxt əsirgəməyib — istər Azərbaycan, istərsə də Rusiya vətəndaşı olaraq, burada yaşayıb, müxtəlif sahələrdə fəaliyyət göstərən həmvətənlərimizin diaspor quruculuğunun inkişafı naminə yorulmadan çalışıb. Şikayət müəllifi onu da xüsusi vurğulayıb ki, dövlət siyasətində prioritet yer tutan, strateji cəhətdən xüsusi əhəmiyyətə malik diasporçuluqda nailiyyətlərin qazanılmasında zəhmətinin böyüklüyü danılmaz olduğundan, Azərbaycan prezidentinin sərəncamlarıyla dövlət mükafatlarına da layiq görülüb, Lakin bütün bunlara baxmayaraq, xalqımıza düşmən kəsilən bədniyyət qüvvələr, paytaxt Bakıda fəaliyyət göstərən informasiya vasitələrinin əqidəsiz və məsləksiz rəhbərlərinin əliylə, ona qarşı iyrənc təbliğata start verərək, haqqında böhtan və yalanlar dolu yazıları Rusiya mətbuatına ötürürlər: “Bu qanqaraldıcı xəbərlər məni daha çox narahat edir. Ona görə ki, llər öncə belə xösagəlməz kampaniyaları, mənə və rəhbəri olduğum təşkilata qarşı, ermənilər də həyata keçirir, üstəlik, nə yolla olursa-olsun məndən qisas almağa çalışırdılar. Onda erməni qəddarlığının bariz sübutu olan belə xoşagəlməz əməllərdən birinin nəticəsi mənim üçün daha dəhşətli olmuşdu — səhhətimdə ciddi problemlər yaranmış, hətta Novosibirsk şəhər xəstəxanasında ürəyimdən ağır cərrahiyyə əməliyyatı keçirmiş, uzun zaman sağlamlğımın bərpası ilə məşğul olmaq məcburiyyətində qalmışdım. 
O vaxtlar ermənilərin mənə qarşı mənəvi və fiziki cəhətdən belə amansız təxribatları 3 dəfə olmuşdu. Sonuncu təxribat isə, həmin cərrahiyyə əməliyyatını keçirməyimlə nəticələnmişdi. Mənə qarşı amansız erməni təxribatının başlıca səbəbi ondan ibarət idi ki, keçirdiyim bütün tədbirlərdə onların iç üzlərini açıb, ortaya qoyur, Qarabağ həqiqətlərini çoxmillətli Novosibirsk vilayətinə çatdırırdım. Mənim redaktorluğumla çapdan çıxan bütün qəzet və jurnallarda, eləcə də yazdığım bütün kitablarda erməni vandalizmini başlıca mövzu kimi daha çox qabardırdım. O vaxtlar qələmə alıb, Rusiyada rus və Azərbaycan dillərində nəşr etdirdiyim “Erməni vandalizmi” əsərim isə, onlara “od qoymuşdu”. Keçirdiyim tədbirlərdə həmin kitabın təqdimatını təşkil etməyim ermənilərin iyrənc əməl sahibi, qəddar xalq olduğunu bu böyük vilayətin əhalisinə çatdırırdı. Elə, agır bədən xəsarəti almağımın “səbəbkarı” da bu əsərim idi və uzun zaman sağlamlığımın bərpası mümkün olmadı.
Məni yandıran odur ki, “Erməni vandalizmi” əsərimə görə, məni indi də Azərbaycan mətbuatında tənqid edib, bu materialları Rusiya mətbuatına ötürənlər var. Belə yazılar bu yaxınlarda, haqqın.az adlı bir saytda dərc edilib. Həmin saytda və onun dəstəkçisi olan digər xəbər portallarında haqqımda yazılan başqa iftira, böhtan və yalanlar məni heç narahat etmir də. Məni narahat edən yalnız odur ki, bu əsərimdə erməniləri separatçı adlandırmağım səbəbindən, haqqın.az saytı məni bu yazısında “sərt tənqid edib, bərk vurur”. Guya ki, mən, bu əsərimlə beynəlxalq normaları, qayda-qanunları tapdalamış, millətlər arasında ədavət və düşmənçilik toxumu səpmişəm.
Rusiyanın təkcə Novosibirsk vilayətində deyil, ayrı-ayrı bölgələrində yaşayıb, fəaliyyət göstərən çoxsaylı diaspor fəallarımız da, haqqın.az-da haqqımda yazılan bu məsuliyyətsiz fikirlərə ciddi reaksiya veriblər. Çünki haqqın.az-ın rəhbərliyi, ümumi mənada, anti-azərbaycan bir addım ataraq, öz xalqına qarşı xəyanət törədib. Belə çıxır ki, bu günün özündə də, Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən “azərbaycanlıların” yaratdıqları “təşkilatlar” var. Onlar dövlətimizə qarşı olan düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımızın, dövlətimizin və mövcud hakimiyyətin mənafeyi naminə çalışan soydaşlarımızın əleyhinə cürbəcür iftiralar yağdırırlar. 
Məlum yazıdan sonra, apardığımız araşdırmalar da bunu təsdiq etdi. Təəssüflə qeyd etmək istərdim ki, adı çəkilən xəbər saytının rəhbəri Eynulla Fətullayevin də, belə anti-azərbaycan mövqeli qüvvələrə xidmət etdiyi ortaya çıxdı. Onun Rusiyada fəaliyyət göstərən şantajçı dairələrin doğma Vətənimizdə ruporuna çevrilməsini anlamaq elə də çətin deyil. Dəqiq analizlə bunu tam surətdə də təsdiq etmək olur ki, Fətullayev və əlindəki media orqanları şantaj ruporu rolunda çıxış edir, mənim kimi, yüzlərlə həmyerlimizə qarşı da nifrət püskürür. İndi bizi daha çox o təəssüfləndirir ki, etdiyi olduqca pis əməlləri ucbatından bir vaxtlar uzunmüddətli həbslərdə yatmış belə bir insana, pis əməllərini davam etdirməsi üçün, bu gün də geniş fəaliyyət göstərməyə imkan verilir.”. 

EB405F0C 4353 42A0 9C60 1843CE9BCDDD

Şikayətçi müraciətində onu da xatırladır ki, hələ Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı durum zamanı, yəni burada yaşayan azərbaycanlıların yaratdıqları təşkilatlar qəbilə formasında, ayrı-ayrılıqda fəaliyyət göstərərkən, onlar arasındakı əlaqəsizlik və narazılıqlardan yerli separatçı qüvvələr böyük məharətlə istifadə edərkən, 
o, milli mənafe naminə hər cür təhlükəyə getməkdən belə çəkinməyib: “Heç də uzaq olmayan diaspor tariximizə nəzər saldıqda da, aydın görmək olur ki, milli ədavətlər məkanı olmuş gərgin durumlu çoxmillətli Novosibirsk vilayətində yaşayan azərbaycanlıların yaratdıqları qurumların yenidən təşkilatlanmasına çalışanların önündə gedənlərdən biri olmuşam. Şəxsi iddialar dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə birləşməyə imkan vermədiyi həmin gərgin vaxtlarda Ulu Öndərin bu yöndə yürütdüyü vahid siyasəti özümə və ətrafımdakı soydaşlarıma prioritet seçərək, toparlanmağı, təcrübələrimizdən yararlanaraq, formalaşmağı bacarmış, yenicə müstəqilliyini əldə etmiş dövlətimizin vahid milli konsepsiyasına, ölkə rəhbərimizin yürütdüyü siyasətə, qanunlara xidmət etmişik. Nəticədə, Rusiyanın bu böyük regionunda mərkəzləşmiş ən nüfuzlu diaspor təşkilatını yarada bilmişik. 
Çox çəkməyib ki, Novosibirskdəki diaspor qurumlarımız yəhudilərin, ermənilərin, almanların, tatarların və ukraynalıların öndə gedən çox güclü diaspor təşkilatları ilə ayaqlaşa biliblər. Sonda, vilayətin mərkəzi hakimiyyəti belə, ən öndə gedən diaspor qurumlarından biri kimi, bizim təşkilatlarla da hesablaşmaq məcburiyyətində qalıblar. 
Onu da deyim ki, o gərgin dönəmlərdən başlayaraq, indiyədək, yaşayıb, fəaliyyət göstərdiyim bu böyük regionda, doğma Vətən və xalqımızın mənafeyi naminə yaddaqalan çoxsaylı tədbirlər keçirmişəm. Bu yaxınlarda Novosibirskdə yenə belə bir tədbir — “Dostluq Körpüsü: Rusiya, Türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası Forum kecirdim. Keçirdiyim bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, həm mənim çoxdan rəhbərlik etdiyim və bu vilayətdə nüfuzu danılmaz olan Türkdilli və Slavyandilli Xalqlar Arasında “Sodrujestvo” Əməkdaşlıq Fondunun, həm Rusiya Yazıçılar Birliyinin Novosibirsk Regional Bölməsinin, həm də bu və ətraf regionlardakı Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutdu.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr etdiyimiz bu Forumda Azərbaycan Respublikası Milli Məclisinin, Diasporlarla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Rusiyadakı səfirliyinin, eləcə də Rusiya Parlamentinin Yuxarı Palatasının, Federasiya Şurasının və Novosibirsk şəhər Meriyasının nümayəndələri, bu ölkənin 30-a yaxın bölgəsindəki diaspor təşkilatlarımızın rəhbərləri, tanınmış ictimai-siyasi fəallar, elm və incəsənət xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələrinin əməkdaşları iştirak etdilər. 
Üç gün davam edən bu Forum çərçivəsindəki çıxışlar, ayrı-ayrı görüşlər, keçirilən digər məclislər, AXC-yə, Ümummilli Lider Heydər Əliyevə və müasir Azərbaycanımıza həsr olunmuş sərgilər yaddaqalan oldu. Ümumiyyətlə, keçmiş sovetlər ittifaqının müxtəlif bölgələrindən və Azərbaycandan tədbirdə qonaq qismində iştirak edənlər, keçirdiyim bu tədbirin də möhtəşəmliyini xüsusi vurğuladılar. 
Onu da nəzərinizə çatdırım ki, tədbirdə iştirak edən 20-yə yaxın regionun diaspor təşkilat rəhbərləri, həmin bölgələrdə yaşayan azərbaycanlıların hüquq və milli maraqlarına xidmət edəcək “Birlik” Regionlararası Konqreslər Assosiasiyasını yaratmaq təklifini irəli sürərək, bu qurumun təsis edilməsini qərara aldılar. Sənədləri hazırlandıqdan az sonra, “Birlik” aidiyyatı dövlət qurumlarında rəsmi qeydiyyatdan keçdi və təsisçiləri məni yekdilliklə quruma rəhbər seçdilər. 
Artıq “Birlik” rəsmən fəaliyyət göstərir və bu az müddətdə nüfuz qazanıb. Təşkilatın fəaliyyəti barəsində Rusiya Prezidentinə yazılı məlumat ünvanlayaraq, onun Ümumrusiya statusunda qeydiyyatdan keçməsinə razılıq verməsini ondan xahiş etmişik. Bu günlərdə Rusiya rəhbərinin, “Birlik” Assosiasiyasının mərkəzdə qeydiyyata alınması üçün, müvafiq dövlət orqanlarına rəsmi göstəriş verdiyi xəbərini almışıq. “Birlik”-ə ümumrusiya statusu verilməsi barədə ilkin razılıq xəbəri bizi olduqca sevindirsə də, aldığımız.digər bir xəbər bizi olduqca məyus edib. Bu bəd xəbər ondan ibarətdir ki, keçirdiyim möhtəşəm tədbir yenicə qurtararkən, “sapı özümüzdən olan baltalar”, eynən o çətin dönəmlərdə olduğu kimi, mənim timsalımda, doğma Azərbaycanımızın maraqlarına xidmət edəcək belə bir qurumun nüfuzunu “baltalamağa”, əleyhimə təbliğat aparmağa start verdilər”. 
Müraciətinin sonunda şikayətçi Rusiyadakı diaspor fəalları adından Azərbaycan prezidentindən xahiş edir ki, xaricdə yaşayıb, fəaliyyət göstərən soydaşlarımızı belə üfunət qoxuyan yazılarla bitirə biləcəklərini düşünən qara piar təşkilatçılarının tezliklə susdurulmalaları üçün, aidiyyatı orqanların Eynulla Fətullayev haqqında layiqli cinayət işi açmalarına ciddi göstərişlər verib, bu ciddi məsələni daim nəzarətində saxlasın: “İnanıram və tam əminəm ki, Azərbaycana düşmən kəsilən belə bir əqidəsiz və məsləksiz şəxsin dövlətimizin imicini qoruyan, təəssübünü çəkən, beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına xidmət edən yaxşı insanlar əleyhinə başlatdığı qara piarın ağzını onun özünə tərəf yönəltməyə ciddi göstərişlərinizi verəcəksiniz”.
Onu da nəzərinizə çatdırırıq ki, Mirkazım Seyidov Federasiyasının Sibir və Uzaq Şərq bölgələrində fəaliyyət göstərən diaspor rəhbərlərimiz adından, eyni məzmunlu şikayət ərizəsi ilə, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə də müraciət edib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir